PSV-nin futbolçusu: "Qarabağ"la müqayisədə, BATE ilə qarşılaşmaq ehtimalımız daha böyükdür"

PSV-nin futbolçusu: "Qarabağ"la müqayisədə, BATE ilə qarşılaşmaq ehtimalımız daha böyükdür" “Bu, Hollandiya futbolçu üçün rüsvayçılıqdır"
Futbol
14 Avqust , 2018 10:08
PSV-nin futbolçusu: Qarabağla müqayisədə, BATE ilə qarşılaşmaq ehtimalımız daha böyükdür

Bakı. 14 avqust. REPORT.AZ/ Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiyanın PSV komandasının futbolçusu Lük de Yonq Ağdam komandasının şanslarını dəyərləndirib.

“Report” “VoetbalPrimeur” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı forvard III təsnifat mərhələsinin Bakıda keçirilmiş ilk oyununda Azərbaycan çempionunu 1:0 hesabı ilə məğlub edən Belarus BATE-sinin daha şanslı olduğunu vurğulayıb. 

“BATE ilk oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Ona görə də rəqimizin məhz Belarus komandası olması ehtimalı var. Kiminlə oynayacağımız dəqiqləşəndən sonra yaxşı hazırlaşacağıq” deyə o bildirib.

De Yonq hazırda ÇL barədə deyil, ölkə çempionatının II turunda “Fortuna Sittard”la oynayacaqları qarşılaşma barədə düşündüklərini söyləyib. O, son illər Hollandiya klublarının avrokuboklardakı zəif çıxışından da söz açıb: “Bu, Hollandiya futbolçu üçün rüsvayçılıqdır. Komandalarımız xal qazana bilmirlər. Ümid edək ki, “Ayaks” ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq”.

Qeyd edək ki, bu gün Borisovda keçiriləcək BATE – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi