​PSV ardıcıl ikinci dəfə Hollandiya çempionu olub

​PSV ardıcıl ikinci dəfə Hollandiya çempionu olub "Ayaks" son turda çempionluğu əldən verib
Futbol
8 May , 2016 23:50
​PSV ardıcıl ikinci dəfə Hollandiya çempionu olub

Bakı. 9 may. REPORT.AZ/ PSV klubu futbol üzrə Hollandiya çempionatının son turunda qələbə qazanaraq çempion tituluna sahib çıxıb.

"Report" xəbər verir ki, Eyndhoven komandası 34-cü turun səfər oyununda "Zvolle"ni 3:1 hesabı ilə yenib.

PSV-nin heyətində Lük de Yonq dubl edib, digər qolu isə Yurgen Lokadi vurub.

Paralel keçən qarşılaşmada "Ayaks" "De Qrafshap"ı yenə bilməyib - 1:1.

Beləliklə, PSV 84 xal toplayaraq birinci yeri tutub. Bu, onlar üçün ardıcıl ikinci, klub tarixində isə 23-cü çempionluq titulu olub. "Ayaks" isə iki xal az toplayaraq ikinci yerlə kifayətlənməli olub. Çempionatda üçüncü yeri 63 xalla "Feyenoord" tutub.

Hollandiya çempionatı. 34-cü tur

"Zvolle" - PSV – 1:3

Qollar: Buy, 66 – Lokadiya, 34, de Yonq, 43. 67.

"De Qrafshap" - "Ayaks" - 1:1

Qollar: Smeets, 55 – Yunes, 16.

Son xəbərlər

Orphus sistemi