​PSJ üçüncü dəfə ardarda Fransa çempionu olub

​PSJ üçüncü dəfə ardarda Fransa çempionu olub Bu, komandanın klub tarixində beşinci çempionluğudur
Futbol
17 May , 2015 11:08
​PSJ üçüncü dəfə ardarda Fransa çempionu olub

Bakı. 17 may. REPORT.AZ/ Ötən gün futbol üzrə Fransa çempionatının 2014-2015-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, "Pari Sen- Jermen" "Monpelye" üzərində 2:1 hesabı ilə qələbə qazanaraq vaxtından əvvəl çempion tituluna yiyələnib.

PSJ bu qələbə sayəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Lion" ilə xal fərqini 8-ə çatdırıb.

Yeri gəlmişkən, Lion şəhərinin təmsilçisi də, öz növbəsində ikinci yeri və Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqəni özünə təmin edib.

Bu çempionluq titulu PSJ üçün ümumilikdə 5-ci (1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15), ardarda isə 3-cü olub.

Son xəbərlər

Orphus sistemi