PSJ Poqba ilə danışıqlara başlayıb

PSJ Poqba ilə danışıqlara başlayıb Komanda rəhbərliyi yaxın "transfer pəncərəsi"ndə heyəti gücləndirmək niyyətindədir
Futbol
12 Aprel , 2018 23:25
PSJ Poqba ilə danışıqlara başlayıb

Bakı. 12 aprel. REPORT.AZ/ Fransanın PSJ klubunun rəhbərliyi "Mançester Yunayted"in (İngiltərə) yarımmüdafiəçisi Pol Poqba ilə danışıqlara başlayıb.

"Report" "Paris United" nəşrinə istinadən xəbər verir ki, Paris klubu fransalı xavbekin nümayəndələri ilə əlaqə yaradaraq bu yay mümkün transfer barədə söhbət ediblər.

Bildirilir ki, PSJ rəhbərliyi komandanın Çempionlar Liqasındakı çıxışından narazıdır və yaxın "transfer pəncərəsi"ndə komandanın heyətini gücləndirmək niyyətindədir.

Poqba cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 21 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi