PSJ-nin prezidenti Arsen Vengerə əməkdaşlıq təklif edib

PSJ-nin prezidenti Arsen Vengerə əməkdaşlıq təklif edib Bakı. 20 fevral. REPORT.AZ/ İngiltərənin Arsenal klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın PSJ klubunun prezidenti ilə görüşüb.
Futbol
20 Fevral , 2019 16:45
PSJ-nin prezidenti Arsen Vengerə əməkdaşlıq təklif edib

Bakı. 20 fevral. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın PSJ klubunun prezidenti ilə görüşüb.

"Report" "L’Equipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbəri Nassir Əl-Helaifi 70 yaşlı mütəxəssisə əməkdaşlıq təklif edib. Lakin Vengerin klubda hansı vəzifədə çalışacağı bəlli deyil.

PSJ məşqçini səfir kimi kluba dəvət edə bilər. Venger Fransa klubunun idman direktoru Antero Enrikeni də əvəzləməyə əsas namizəddir.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017-2018 mövsümünün sonunda tərk edib.

Son xəbərlər

Orphus sistemi