PSJ-nin baş məşqçisi istefa qərarını açıqlayıb

PSJ-nin baş məşqçisi istefa qərarını açıqlayıb Bakı. 27 aprel. REPORT.AZ/ Unay Emeri cari mövsümün sonunda Fransanın PSJ futbol klubunun baş məşqçi postunu tərk edəcək.
Futbol
27 Aprel , 2018 16:09
PSJ-nin baş məşqçisi istefa qərarını açıqlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Unay Emeri cari mövsümün sonunda Fransanın PSJ futbol klubunun baş məşqçi postunu tərk edəcək. 

"Report"un məlumatına görə, bu barədə ispaniyalı mütəxəssisin özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O, klub rəhbərliyinə, azarkeşlərə və bütün futbolçulara təşəkkürünü bildirib. 

Qeyd edək ki, Unay Emeri PSJ-yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt komandası cari mövsüm Fransa çempionluğu, habelə ölkə Kuboku və Liqa Kuboku, 2 dəfə ölkə Super Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi