PSJ Neymar və ya Mbappeni sata bilər

PSJ Neymar və ya Mbappeni sata bilər Bakı. 24 avqust. REPORT.AZ/ Fransanın PSJ klubu iki əsas futbolçusu – Neymar və Kilian Mbappedən birini satmaq məcburiyyətində qala bilər.
Futbol
24 Avqust , 2018 15:21
PSJ Neymar və ya Mbappeni sata bilər
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Fransanın PSJ klubu iki əsas futbolçusu – Neymar və Kilian Mbappedən birini satmaq məcburiyyətində qala bilər.

“Report” “Marca”ya istinadən xəbər verir ki, buna səbəb maliyyə pozuntusuna yol verməkdə ittiham olunan Paris klubuna qarşı UEFA-nın araşdırma aparmasıdır. Qurumun məsələ ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağı bildirilir.

Qərar mənfi olacağı təqdirdə, PSJ 250 milyon avro borcunu azaltmaq üçün Neymarı və ya Mbappeni satmaq məcburiyyətində qalacaq. Lakin paytaxt klubunun cərimə ilə vəziyyətdən çıxmaq etimalı var.

Hadisələrin inkişafını hər iki futbolçunun xidmətində maraqlı olan İspaniyanın “Real Madrid” klubu yaxından izləyir.

Qeyd edək ki, PSJ ötən ilin yayında Neymarı İspaniya təmsilçisi “Barselona”dan 222 milyon avroya alıb. Həmçinin Paris təmsilçisi Kilian Mbappeni bu yay 180 milyon avro qarışılığında birbaşa transfer etmək şərti ilə Fransanın “Monako” klubundan icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi