PSJ Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır

PSJ Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır Fransa təmsilçisi 33 yaşlı forvarda illik 60 milyon avro maaş ödəməyi düşünür
Futbol
5 Yanvar , 2018 13:41
PSJ Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır

Bakı. 5 yanvar. REPORT.AZ/ Fransanın PSJ klubu İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır.

“Report” “El Confidencial”a istinadən xəbər verir ki, paytaxt klubu 33 yaşlı forvarda 5 illik müqavilə qarşılığında 300 milyon avro (illik 60 milyon) məvacib ödəməyə hazırdır. Portuqaliyalı futbolçu özü də iş yerini dəyişməyin əleyhinə deyil.

PSJ maliyyə feyr-pleyini pozmamaq üçün bəzi futbolçularını satmalıdır. Fransızlar Ronaldunun transferi zamanı uruqvayılı forvard Edinson Kavanini “Real Madrid”ə təklif etməyi düşünürlər.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb. Portuqaliyalının illik qazancı 34 milyon avrodur. Hazırda dünyanın ən ödənişli futbolçusu isə Lionel Messidir. Onun illik maaşı 43 milyon avro təşkil edir. 

Son xəbərlər

Orphus sistemi