Yuxarı
    Bağlamaq

    PSJ klubu qələbəyə görə mükafatı rəqibinə bağışlayıb

    Paris klubu “Avranş”a 200 min avro hədiyyə edib

    Bakı. 7 aprel. REPORT.AZ/ Fransanın PSJ klubu ölkə kubokunun 1/4 final mərhələsində “Avranş”a qalib gəldiyi üçün nəzərdə tutulan mükafatdan imtina edib. 

    “Report”un “L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçi qalibiyyətə görə əldə etməli olduğu 200 min avronu III divizionda mübarizə aparan rəqibinə bağışlayıb.

    “Avranş”ın prezidenti Jilber Qeran bu jestə görə PSJ-yə minnətdarlığını çatdırıb. O bildirib ki, rəqib ən xoş sözlərə layiqdir: “Bu, səxavətli bir jestdir. Kluba, onun məşqçilərinə və oyunçularına hörmətlərinə görə minnətdarıq. Onlar malik olduqları hər şeyə layiqdirlər”.

    Qeyd edək ki, PSJ Fransa kubokunun yarımfinalında “Monako” ilə qarşılaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi