PSJ klubu baş məşqçi və 8 futbolçusu ilə yollarını ayıracaq - SİYAHI

PSJ klubu baş məşqçi və 8 futbolçusu ilə yollarını ayıracaq - SİYAHI Rəhbərlik yeni kollektivi Neymar və Kilian Mbappe ətrafında qurmaq niyyətindədir
Futbol
9 Mart , 2018 10:51
PSJ klubu baş məşqçi və 8 futbolçusu ilə yollarını ayıracaq - SİYAHI

Bakı. 9 mart. REPORT.AZ/ Fransanın PSJ klubunda Çempionlar Liqasındakı uğursuzluqdan sonra ciddi dəyişikliklər aparılacaq. 

"Report"un "Le Parisien"ə istinadən verdiyi məlumata görə, klubun ilk addımı Unay Emerinin baş məşqçi postundan qovmaq olacaq. Eyni zamanda rəhbərlik aparıcı statusda olmalarına baxmayaraq, komandanın hədəflərinə uyğun gəlməyən və ya Liqa 1-də çıxış etmək istəməyən bir sıra futbolçuları ilə vidalaşmağı qərara alıb. Bunlar Daniel Alves, Layvin Kurzava, Yuri Berçiçe, Adrien Rabio, Edinson Kavani, Marko Verratti, Anxel Di Mariya və Xavyer Pastoredir. Həmçinin, idman direktoru Antero Enrikenin də qovulacağı bildirilir.

Əvəzində rəhbərlik yeni kollektivi Neymar və Kilian Mbappe ətrafında qurmaq niyyətindədir.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Real Madrid" komandasına evdə 1:2, səfərdə isə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi