PSJ rəhbərliyi Çempionlar Liqasında qələbə üçün 1 milyon avro mükafat verəcək

PSJ rəhbərliyi Çempionlar Liqasında qələbə üçün 1 milyon avro mükafat verəcək Fransa çempionluğu üçün 400 min avro mükafat nəzərdə tutulub
Futbol
9 Mart , 2015 16:34
PSJ rəhbərliyi Çempionlar Liqasında qələbə üçün 1 milyon avro mükafat verəcək

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qalibi olacağı halda, Fransanın PSJ klubu 1 milyon avro mükafat qazanacaq. "Report"un "Le Parisien"ə istinadən verdiyi məlumata görə, bu barədə klub rəhbərliyi qərar qəbul edib. 

Paris komandası 1/4 finala vəsiqə qarşılığında 250 min avro, 1/2 finala yüksələcəyi təqdirdə 450 min avro, finala çıxsa, 700 min avro qazanacaq. Bundan başqa Fransa çempionluğu üçün 400 min avro mükafat nəzərdə tutulub. 

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasının 1/8 finalındakı rəqibi İngiltərənin "Çelsi" klubudur. İki komanda arasında cavab görüşü martın 11-də Londonda baş tutacaq. İlk matçda qalib müəyyənləşməyib - 1:1. 

Son xəbərlər

Orphus sistemi