PSJ 12-ci dəfə Fransa Kubokunun qalibi olub - VİDEO

PSJ 12-ci dəfə Fransa Kubokunun qalibi olub - VİDEO "Stad de Frans"da keçirilən görüş 2:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb
Futbol
9 May , 2018 07:30
PSJ 12-ci dəfə Fransa Kubokunun qalibi olub - VİDEO

Bakı. 9 may. REPORT.AZ/ PSJ futbol üzrə Fransa Kubokunun final matçında "Le-Erbye" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, "Stad de Frans" stadionunda keçirilən görüş 2:0 hesabı ilə Paris komandasının xeyrinə başa çatıb.

Birinci hissənin ortalarında yarımmüdafiəçi Covani Lo Çelso PSJ-ni hesabda irəli çıxarıb, 74-cü dəqiqədə isə Edinson Kavani penaltini dəqiq yerinə yetirib.

Bununla da, PSJ ardıcıl dördüncü dəfə və tarixində 12-ci dəfə Fransa Kubokunun qalibi olub. Səviyyəsinə görə Fransanın üçüncü divizionunda çıxış edən "Le-Erbye" indiyə qədər Kuboku qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi