Yuxarı
    Bağlamaq

    AFFA-nın baş katibi: "Prosineçkinin xarici kluba keçmək ehtimalı yoxdur"

    O, öz müqaviləsinə hörmətlə yanaşır© Report

    Bakı. 30 aprel. REPORT.AZ/ "Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır”.

    Bunu “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klublarından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib.

    E.Məmmədov bildirib ki, xorvat mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib:

    “2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız “Bursaspor”dan deyil, digər klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib”.

    Qeyd edək ki, son günlər Robert Prosineçkinin adı Türkiyənin “Bursaspor” və İspaniyanın “Valensiya” klubu ilə yanaşı çəkilməkdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi