Yuxarı

Prosineçkinin meneceri: "Şimali İrlandiya ilə görüşün nəticəsindən çox şey asılıdır"

Prosineçkinin meneceri: "Şimali İrlandiya ilə görüşün nəticəsindən çox şey asılıdır"
Yaşar Çalışır: “AFFA əməkdaşlığı davam etdirmək istəməsə, “Bursaspor”la danışıqlar apara bilərəm”

Bakı. 8 iyun. REPORT.AZ/ “Bursaspor”un prezidenti Ali Ayla üz-üzə görüşmədik, lakin telefonla danışdıq. Ciddiyə alınacaq bir məsələ deyil. O, Prosineçkinin hazırkı durumu ilə maraqlandı. Dedim ki, xorvatiyalı mütəxəssis yalnız Şimali İrlandiya ilə oyunu düşünür”. 

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır söyləyib. Türkiyəli agent bildirib ki, öz ölkəsinin mətbuatında xorvatiyalı mütəxəssisin “Bursaspor”la anlaşdığına dair yer alan xəbərlər həqiqəti əks etdirmir. O, müştərisinin müqaviləsinə hörmətlə yanaşdığını deyib: “Bəli, bu klub Prosineçki ilə maraqlanır. Lakin onun Azərbaycan milli komandası ilə müqaviləsi var və buna hörmətlə yanaşır. Həmçinin, bildiyim qədərilə “Bursaspor” baş məşqçi məsələsinə dair başqa variantları gözdən keçirir”.

Y.Çalışır “Robert Prosineçki “Bursaspor”a gedə bilərmi” sualına bu cür cavab verib: “Şimali İrlandiya ilə oyunun nəticəsindən çox şey asılıdır. Azərbaycanın dünya çempionatına vəsiqə şansını itirməsi də mümkündür. Belə olan halda AFFA Prosineçki ilə əməkdaşlığı davam etdirmək istəməsə, “Bursaspor”la danışıqlar apara bilərəm. Danıışıqlar yalnız belə bir şərtlə mümkündür. Yəni, bu məsələdə hər şey AFFA-dan asılıdır. Prosineçki müqaviləsinə sadiqdir”.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunda yer alan Azərbaycan yığması 5 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv iyunun 10-da qəbul edəcəyi Şimali İrlandiya yığmasına uduzacağı halda, qrupdan çıxmaq şansı ciddi şəkildə azalacaq. Çünki hazırda 2-ci pillədə olan britaniyalıların 10 xalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi