Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşib

Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşib Bu komanda AVRO-2020-yə vəsiqə qazansa, xorvatiyalı mütəxəssis daha 300 min avro mükafat alacaq
Futbol
5 Yanvar , 2018 10:50
Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşib

Bakı. 5 yanvar. REPORT.AZ/ Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçkinin müqaviləsinin maliyyə şərtləri müəyyənləşib. "Report"un sport.ba-ya istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis ayda 15 min avro maaş alacaq.

Bu isə ildə 180 min avro deməkdir. Bosniya və Herseqovina millisi 2020-ci il Avropa çempionatına vəsiqə qazansa, o, daha 300 min avro mükafata sahib olacaq. Prosineçkinin Azərbaycanda çalışdığı dövrdə illik qazancı köməkçiləri ilə birgə 1,2 milyon avro təşkil edib. Sayt iddia edir ki, AFFA yeni müqavilə imzalamasından ötrü 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, razılıq verməyib.

Qeyd edək ki, Robert Prosineçki 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağladığı Bosniya və Herseqovina millisində Azərbaycan yığmasında da köməkçiləri olmuş Qordan Tsipriç və Draqan Spasiçlə birgə çalışacaq. 

Son xəbərlər

Orphus sistemi