Prosineçki Zaqatalada da oyun izləyəcək

Prosineçki Zaqatalada da oyun izləyəcək Xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının növbəti turunda 3 oyuna baxacaq
Futbol
28 Noyabr , 2014 17:45
Prosineçki Zaqatalada da oyun izləyəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki Topaz Premyer Liqasının XIV turunun 3 oyununu izləyəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis noyabrın 29-da “Bakı” - “İnter” və “Neftçi" - “Qəbələ” oyunlarına canlı tamaşa edəcək. 

Ertəsi gün isə o, Zaqatalada “Simurq” və “Qarabağ” komandaları arasındakı qarşılaşmaya baxacaq.

Qeyd edək ki, Azərbaycan yığmasında baş məşqçi təyinatı dekabrın 3-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında həllini tapacaq.  

Son xəbərlər

Orphus sistemi