Prosineçki: "Yaxşı futbolçu olanda, onu niyə milliyə götürməyək ki?" - MÜSAHİBƏ

Prosineçki: "Yaxşı futbolçu olanda, onu niyə milliyə götürməyək ki?" - MÜSAHİBƏ "Şeydayev Azərbaycan futboluna gələcəkdə kömək edə bilər"
Futbol
22 Avqust , 2016 00:03
Prosineçki: Yaxşı futbolçu olanda, onu niyə milliyə götürməyək ki? - MÜSAHİBƏ

Bakı. 21 avqust. REPORT.AZ/ Premyer Liqada III turun "Qarabağ" - "Neftçi" oyununu "Əlincə Arena"da izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineşki də olub.

Xorvatiyalı mütəxəssis keçirdiyi brifiqində "Report"un da əməkdaşnın sulllarını cavablandırıb.

Nümayiş etdirilən oyundan razı qaldınızmı?

- Üstünlük "Qarabağ”da idi. Komanda rəqibi 3:0 məğlub edəndə, sözsüz ki, yaxşı oynayır, topa yaxşı nəzarət edir. ”Neftçi”dən narazı qaldım. Gözlədiyim oyunu görmədim.

"Neftçi”nin ildən-ilə zəiflədiyini və "Qarabağ”ın bu mövsüm həm çempionatda, həm də avrokubklarda qeyri-sabit çıxış etməsi fikri ilə razısınızmı?

- Təəssüf ki, "Neftçi” bacardığı oyunu göstərmir. Biz oyun gözləyirik, ancaq görmürük. "Qarabağ" "Viktoriya"ya qarşı hər 2 matçda yaxşı oynadı. Məncə, çexlərə nəzərən, mərhələ keçməyə daha layiq idi. Ancaq təəssüf ki, Çempionlar Liqasında "play-off"a çıxa bilmədi. "Qarabağ” İsveçdə də yaxşı oynadı. Məncə, bu komanda Avropa Liqasında qrupa vəsiqə qazana bilər. "Qarabağ” Azərbaycanın ən güclü klubu olduğunu ildən-ilə göstərir. "Qəbələ” də yaxşı oyun göstərir. Yeni legionerlər alıblar, yaxşı səviyyəyə malikdirlər. "Maribor"la matçda stadionda idim, "Qəbələ"dən yaxşı oyun gördüm.

Bu yay milli komanda klublarla müqayisədə daha çox yeni futbolçular transfer edib. Emin Mahmudov, Ramil Şeydayev, Dəniz Yılmaz. Bu siyasəti necə izah edərdiniz?

- Şeydayevin 20 yaşı var. Rusiyanın bütün aşağı yaş qruplarında oynayıb. Yaxşı futbolçudur, "Trabzonspor"a keçib. Yəqin mənimlə razı olarsınız ki, bu, Türkyənin ən güclü klublarından biridir. Məncə, Ramil Azərbaycan futboluna gələcəkdə kömək edə bilər. Üstəlik, azərbaycanlıdır.

Sual ondan ibarətdir ki, yığma klub siyasəti ilə idarə olunur...

- Mən sualı başa düşmürəm. Yaxşı futbolçu olanda, onu niyə milliyə götürməyək ki? Bunu niyə etməsin? Milli ilə klub siyasətini bir qoymaq olmaz. Milli üçün maraqlı ola bilən azərbaycanlı futbolçuları cəlb edirik.

Məgər Dəniz Yılmaz da azərbaycanlıdır?

- Onu AFFA 3 ildir milli komandaya cəlb etmək istəyir. Dənizin söhbəti indiki deyil. Həmin vaxt futbolçu istəməmişdi, indi razılıq verib. Mən bilirəm ki, Yılmazın kökü Azərbaycana bağlıdır. Onda niyə də çağırmayaq?

Onları San-Marino ilə oyunlarda görə biləcəyik?

- Sözsüz ki, onları canlı görməliyəm ki, qiymət verə bilim. Bəli, təlim-məşq toplanışına dəvət edəcəyəm. Oyunqabağı 13 günlük toplanışda baxıb fikrimi bildirəcəyəm.

Onların gəlişi bir neçə futbolçunun ixtisara düşməsi deməkdir. Artıq ixtisara düşənlərin kim olduğunu müəyyənləşdirmisiniz?

- Sabah siyahını açıqlayacağam və hər şeyi görəcəksiniz.

İlk rəsmi matçdan nə gözləyirsiniz?

- Sözsüz ki, məqsəd San-Marinoya qələbə dalınca gedib Bakıya 3 xalla qayıtmaqdır. Mən komandaya inanıram ki, yaxşı oyun göstərib yaxşı nəticə ilə dönəcəyik.

"Əlincə Arena” haqda fikriniz necədir? Milli komandamızın hər hansı oyununun bura salmaq fikriniz varmı?

- Stadion xoşuma gəlir, meydança yaxşıdır. Mən tez-tez bu stadiona gəlirəm. Milli komandanın gələcəkdə burada oynayıb-oynamayacağını AFFA-dan soruşmağınız lazımdır. Bakı Olimpiya Stadionu, onun meydanı da yaxşıdır. Ancaq oyunumuzun stadionlardan hansında olacağını bilmirəm.

Son xəbərlər

Orphus sistemi