Prosineçki Türkiyə klubunun yeni baş məşqçisi ola bilər

Prosineçki Türkiyə klubunun yeni baş məşqçisi ola bilər O, "Gənclərbirliyi" komandasının sükanı arxasına keçə bilər
Futbol
20 Noyabr , 2017 01:19
Prosineçki Türkiyə klubunun yeni baş məşqçisi ola bilər

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyənin "Gənclərbirliyi" komandasının sükanı arxasına keçə bilər.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, artıq xorvatiyalı mütəxəssislə ilkin təmas da olub. 

Lakin Ankara təmsilçisinin əsas namizədi Rumıniya yığmasından istefaya göndərilmiş Kristof Daumdur. Daumla danışıqlarda ciddi irəliləyiş olmasa, klub Prosineçki ilə anlaşmağa çalışacaq.

Qeyd edək ki, bu mövsüm "Gənclərbirliyi" Superliqada 12 tur ərzində iki baş məşqçi ilə yollarını ayırıb. Avqustun 30-da Ümit Özatı əvəzləyən Məsut Bakkal ötən gün evdə "Kayserispor"a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. 

Hazırda "Gənclərbirliyi" 12 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Azərbaycan millisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayan Robert Prosineçki isə 2012-2013 mövsümündə "Kayserispor"da çalışıb. 

Son xəbərlər

Orphus sistemi