Prosineçki: "Rəhbərlik etdiyim komandanın oyunçuları çox güclüdür"

Prosineçki: "Rəhbərlik etdiyim komandanın oyunçuları çox güclüdür" "Norveçlə sabahkı oyuna ən hazırlıqlı futbolçular çıxacaq"
Futbol
31 Avqust , 2017 23:15
Prosineçki: Rəhbərlik etdiyim komandanın oyunçuları çox güclüdür

Oslo. 31 avqust. REPORT.AZ/ "Son oyunda hazırlıq vaxtı çox olmuşdu. Bu gün isə təəssüf ki, 3 gün birgə məşq etdik. Buna baxmayaraq, hazırlıq yaxşı keçib. Son 2 oyunda heç-heçə və qələbəyə nail olmuşuq. Hazırda yeni baş məşqçi var. Norveç bizdən revanş almağa çalışacaq. Çexiyaya qarşı son ev oyunlarını yaxşı keçiriblər. Rəqib oyun üslubunu dəyişib. İndi daha çox təzyiq etməyə çalışırlar. Buna baxmayaraq, oyuna hazırıq"

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Norveç yığması ilə Osloda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Rəqibin oyun üslubunun dəyişdiyini dediniz. Bəs Azərbaycan millisinin oyun üslubunda hansı dəyişiklik gözlənilir?

- Biz Şimali İrlandiyaya qarşı göstərdiyimiz oyunu yenə sərgiləsək, razı qalaram. Nəticə baxımından pis olsa da, oyun yaxşı idi. Son 3 ildə ən yaxşı oyunumuzu göstərmişdik. Bütün oyunu hücumda keçirmişdik. 93 dəqiqə ərzində rəqib qapımıza bir zərbə vurdu, o da qol oldu. Sabahkı oyuna gəldikdə, komandamda motivasiya yüksəkdir. Rəhbərlik etdiyim komandanın oyunçuları çox güclüdür. Gözləməzdik ki, Bakıda rəqibi məğlub edəcəyik. Bizi maraqlı oyun gözləyir.

Namiq Ələsgərovun mətbuat konfransında iştirakı onun start heyətdə yer alacağını ehtimal etməyə əsas verir

- Ola bilər ki, Namiq Ələsgərov start heyətində meydana çıxsın. Amma bura gəlməsi 11-likdə olacağı anlamına gəlmir. İstədim ki, mətbuat konfransına yeni oyunçular gəlsin. Namiqdə olan keyfiyyətləri Azərbaycana gəldiyim gündən görmüşəm. Şimali İrlandiya ilə oyuna girən kimi matç xeyli dəyişdi. Namiqin sürəti, mübarizliyi üstün keyfiyyətləridir. Təəssüf ki, Malta ilə qarılaşmada zədə üzündən bir ilədək sıradan çıxdı. Bəs Bədavi Hüseynov barədə niyə sual vermirsiniz?

Çünki Bədavi stabil olaraq, start heyətdə oynayır...

- Ona görə oynayır ki, alternativimiz yoxdur.

Renat Dadaşovu meydana buraxsanız, o, Azərbaycan millisinin üzvünə çevrilə bilər. Bunu nəzərə alaraq, Dadaşovu meydanda görə biləcəyikmi?

- Dadaşov çox istedadlı gəncdir. Gələcəyi var. Amma unutmayaq ki, o, Almaniyada ən yaxşı halda U-19 yığmasında çıxış edib. Dadaşov hələ özünü göstərmək üçün şans əldə edəcək. Onun üçün yüksək səviyyədə oyun təcrübəsi var. Bu mövqedə Ramil Şeydayev də var. Təəssüf ki, son zamanlar o da "Jilina"da oynamır. Vaxtı gələndə onlara da şans verəcəyəm. Ümidvaram ki, yaxın gələcəkdə "Ayntraxt"da start heyətdə çıxış edəcək. San Marino ilə oyunda ona 5 dəqiqə şans verəcəyimə ümid edirəm.

Start heyətdə hansı dəyişiklik gözlənilir?

- Şimali İrlandiyaya qarşı oyunla müqayisədə 2 mövqedə dəyişiklik etmişəm. Namiq Ələsgərov və Mahir Mədətova şans verəcəyəm. Onlar Ramil Şeydayev və Əfran İsmayılovu əvəzləyəcəklər. Ələsgərovla Mədətovu sürətli futbol oynamaq istəyimdən heyətə daxil etmişəm. İnanıram ki, istəyim həyata keçəcək. Bu, ən optimal heyətdir.

Legionerlərin oyun təcrübəsinin olmaması Norveçlə qarşılaşma zamanı psixoloji hazırlıqlarına necə təsir edəcək?

- Sözsüz ki, oyun təcrübəsinin azlığı futbolçunun oyun keyfiyyətinə olduğu kimi psixoloji hazırlığa da təsir edəcək. Ağabala Ramazanov da son həftə oynamayıb, zədəsi var. Düşünrəm ki, sabahkı oyuna ən hazırlıqlı futbolçular çıxacaq.

Son xəbərlər

Orphus sistemi