Yuxarı

Prosineçki Qazaxıstan yığması ilə matça bu il klubunda cəmi 75 dəqiqə oynayan futbolçunu buraxıb - ARAŞDIRMA

17 futbolçudan 13-ü 2016-cı ildə çempionat qarşılaşmalarında sonadək meydanda olmayıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə öz klublarında müntəzəm çıxış etməyən bir çox futbolçuya yer verib. "Report"un araşdırması nəticəsində məlum olub ki, xorvatiyalı mütəxəssisin şans verdiyi 17 futbolçudan 13-ü 2016-cı ildə çempionat qarşılaşmalarında sonadək meydanda olmayıb.

Onların yalnız 4-ü mövsümün ikinci yarısında, başqa sözlə son 8 turda keçirilmiş oyunları əvəz olunmadan başa vurub. 720 dəqiqəlik maksimum göstərici "Qarabağ"da çıxış edən Bədavi Hüseynov, Maksim Medvedev, "Kəpəz"in heyətində forma geyinən Namiq Ələsgərov və Tərlan Quliyevə məxsusdur. Lakin onlardan ilk 2-si Qazaxıstana qarşı start heyətində meydana daxil olub. B.Hüseynov oyunu əvəzolunmadan keçirib. M.Medvedev isə yerini ikinci hissədə Məhəmməd Mirzəbəyova verib. M.Mirzəbəyovu "Qəbələ"nin heyətində son 8 oyunluq maksimum göstəricidən cəmi 10 dəqiqə ayırır. O, 720 dəqiqənin 710-da komandasının uğuru üçün çalışıb. Son 8 oyunun hamısında meydanda olan N.Ələsgərov aktivində 288 dəqiqə olan Əfran İsmayılovu 61-ci, T.Quliyev isə Premyer Liqada bu il 540 dəqiqə meydanda olmuş kapitan Rəşad Sadıqovu 46-cı dəqiqədə əvəzləyib.

B.Hüseynovdan başqa Kamran Ağayev, Arif Daşdəmirov, Ruslan Qurbanov və Dmitri Nazarov da yoldaşlıq görüşünü əvəz olunmadan keçirib. Halbuki adıçəkilən oyunçuların klublarındakı çıxışlarına nəzər salsaq, 2016-cı ildə Nazarovun "Karlsrue"nin heyətində cəmi 180 dəqiqə meydanda olduğunu görərik. K.Ağayevdə bu göstərici 450, A.Daşdəmirovda 715, R.Qurbanovda isə 589 dəqiqədir.

Millinin heyətində çıxış edən futbolçulardan Ruslan Abışov, Cavid Tağıyev və Elvin Məmmədov da oyuna əvəzetmədən daxil olub. Hər üç futbolçunun 2016-cı ildə çempionatda meydanda olma göstəriciləri aşağıdır. R.Abışov 270, E.Məmmədov 315, C.Tağıyev isə cəmi 75 dəqiqə oynayıb. Maraqlı məqam R.Abışovun Q.Qarayevi, E.Məmmədovun Araz Abdullayevi əvəzləməsi yox, komandasının heyətində 8 oyunun 7-də forma geyinən Ağabala Ramazanovun yerinə oyun praktikası hamıdan aşağı olan C.Tağıyevin meydana daxil olmasıdır. 

Ad və soyadı 1 2 3 4 5 6 7 8 CƏMİ
Kamran Ağayev ---- --- --- 90 90 90 90 90 450
Bədavi Hüseynov 90 90 90 90 90 90 90 90 720
Arif Daşdəmirov 90 90 90 90 5 (86) 90 90 90 715
Ruslan Qurbanov 81 (S) 90 ---- 90 61 (S) 87 (S) 90 90 589
Dmitri Nazarov 33 (57) 29 (61) --- 44 (46) --- --- 74 (S) --- 180
Maksim Medvedev (-46) 90 90 90 90 90 90 90 90 720
Rəşad Sadıqov (-46) 90 90 90 90 90 90 --- --- 540
Qara Qarayev (74) 25 (75) 2 (88) ---- 30 60 (S) 90 90 90 387
Araz Abdullayev (-69) 90 90 90 90 5 (86) 90 90 90 715
Əfran İsmayılov(-61) 75 (S) 22 (68) 90+2 26 (64) 40 (50) 7 (83) 16 (74) 12 (78) 288
A. Ramazanov (-46) 90 ---- 90 79 (S) 90 90 90 90 619
M. Mirzəbəyov (+46) 90 90 90 90 90 85 (S) 85 (S) 90 710
Tərlan Quliyev (+46) 90 90 90 90 90 90 90 90 720
Ruslan Abışov (+74) --- --- --- ---- ---- 90 90 90 270
Elvin Məmmədov (+69) 90 90 14 (S) ---- ----- ---- 31 (59) 90 315
Namiq Ələsgərov (+61) 90 90 90 90 90 90 90 90 720
Cavid Tağıyev (+46) 37 (63) 22 (68) 1( 90+2) ---- ---- 15 (75) --- --- 75

Qeyd edək ki, öz klublarında 90-cı dəqiqə və ya uzatma dəqiqələrində oyuna daxil olanların meydanda qalma müddəti 1 dəqiqə götürülüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi