Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki daha 2 stadionda olub. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına baş çəkib.
Prosineçki bu arenalardakı infrastrukturla tanış olub.
Qeyd edək ki, Robert Prosineçki bu gün Fransada "Sent-Etyen" və Azərbaycanın "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqası matçını canlı izləyəcək.