Prosineçki köməkçilərini "İnter", "Qəbələ" və "Neftçi"nin oyunlarına göndərib

Prosineçki köməkçilərini "İnter", "Qəbələ" və "Neftçi"nin oyunlarına göndərib Azərbaycan millisinin məşqçiləri Avropa Liqasındakı klubların cavab görüşlərini izləyəcəklər
Futbol
7 İyul , 2015 11:41
Prosineçki köməkçilərini İnter, Qəbələ və Neftçinin oyunlarına göndərib

 Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşlərini milli komandanın məşqçilər korpusunun üzvləri də izləyəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə baş məşqçi Robert Prosineçki göstəriş verib. 

Köməkçi-məşqçilərdən Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq, Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.

Qeyd edək ki, hər 3 oyun iyulun 9-da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi