Premyer Liqanın XI turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib

Premyer Liqanın XI turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Futbol
7 Noyabr , 2019 01:34
Premyer Liqanın XI turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Keşlə" "Neftçi" arasında keçiriləcək turun mərkəzi görüşü gənc referi Vüqar Həsənliyə tapşırılıb. 

"Qarabağ" - "Zirə" matçını isə FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası, XI tur

9 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”

10 noyabr (bazar)

16:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi