Yuxarı

Azərbaycan Premyer Liqasında həftənin rəmzi komandası açıqlanıb

Premyer Liqamızda həftənin komandası açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun rəmzi komandası açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "InStat" şirkətinin təhlili əsasında "11-liy"ə "Zirə" və "Neftçi"dən 3, "Qarabağ"dan 2, "Keşlə", "Səbail" və "Sabah"dan hərəyə bir futbolçu düşüb.

Qapıçı: Kamal Bayramov ("Zirə") -2

Müdafiəçilər: Təmkin Xəlilzadə ("Sabah") - 4, Kiril Petrov ("Neftçi") - 5, Mamadu Mbodj ("Neftçi") - 2, Camir Əmirli ("Keşlə") - 3

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") - 6, Qoran Paratski ("Neftçi"), Simeon Slavçev ("Qarabağ") - 4, Bilal Həmdi ("Zirə") - 3

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Xulio Sezar Rodriqez ("Zirə") -2

Həftənin oyunçusu isə B.Həmdi seçilib.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi