Yuxarı

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” (2:0) qarşılaşmasında hesabı açan flaqmanın yarımmüdafiəçisi Emin Mahmudov imza atıb.

Mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi