Premyer Liqada XXVI turun daha 2 oyunu keçirilinb - VİDEO

Premyer Liqada XXVI turun daha 2 oyunu keçirilinb - VİDEO Matçlar Qəbələ və Bakıda baş tutub
Futbol
19 Mart , 2016 20:10
Premyer Liqada XXVI turun daha 2 oyunu keçirilinb - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə komandalar Qəbələ və Bakıda üz-üzə gəlib.

İlk olaraq "Qəbələ" turnir cədvəlinin lideri "Qarabağ"ı qəbul edib. Oyunda hesabı açan tərəf qonaqlar olub. Migel Madera oyunun 9-cu dəqiqəsində komandasını hesabda önə çıxarıb. 8 dəqiqə sonra Sergey Zenyov tablodakı rəqəmləri bərabərləşdirib - 1:1. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. Matçın 72-ci dəqiqəsində Mahir Mədətov "Qarabağ"a 3 xal qazandıran qola imza atıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Qarabağ" 57 xalla turnir cədvəlinin vahid liderinə çevrilib. "Qəbələ" isə 41 xalla 4-cüdür.

Günün son görüşü isə "Bakcell Arena"da keçirilib. "Neftçi" Gəncənin "Kəpəz" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Hesabı 30-cu dəqiqədə qonaqların futbolçusu Bəxtiyar Soltanov açıb. 3 dəqiqə sonra hesab 2:0-a çatıb: penaltidən Tural Axundov fərqlənib. İlk hissədə bundan başqa qol vurulmayıb. İkinci hissəyə isə meydan sahibləri fəal başlayıb. 60-cı dəqiqədə Araz Abdullayev, 81-ci dəqiqədə isə penaltidən Ruslan Qurbanov hesaba tarazlıq gətirən qolu vurub. Lakin bu da sonuncu qol olmayıb. Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Şəhriyar Rəhimov komandasının qələbə topuna imza atıb - 3:2. Matç bu hesabla da başa çatıb. Bununla da xalını 42-yə çatdıran "Kəpəz" 3-cü pilləyə yüksəlib. "Neftçi" isə 32 xalla 7-cidir.

Turun açılış oyununda "Sumqayıt" "Rəvan"a 2:1 hesabı ilə qalib gəlib.

Martın 20-də isə "Xəzər Lənkəran" - "İnter" və "Zirə" - AZAL oyunları keçiriləcək.

Son xəbərlər

Orphus sistemi