​Premyer Liqada XXIX turun iki oyunu keçiriləcək

​Premyer Liqada XXIX turun iki oyunu keçiriləcək Komandalar paytaxt Bakıda və Sumqayıtda üz-üzə gələcəklər
Futbol
9 Aprel , 2016 07:47
​Premyer Liqada XXIX turun iki oyunu keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək. "Report"un məlumatına görə, komandalar paytaxt Bakıda və Sumqayıtda üz-üzə gələcəklər.

"Sumqayıt" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edəcək. Hazırda 28 xalla 8-ci pillədə qərarlaşan meydan "gənclik şəhəri" təmsilçisi məğlub olmamağa çalışacaq. Tərəflər bugünədək ölkə çempionatlarında 15 dəfə üz-üzə gəlib. Cəmi 1 dəfə "Sumqayıt", 12 dəfə isə "Qəbələ" qələbəni bayram edib. 2 oyun isə heç-heçə başa çatıb. "Qəbələ" 10 oyundur uduzmur. "Sumqayıt" əvvəlki oyunların hamısında qol buraxıb. Samir Abasovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə belə mövqeyində irəliləyə bilməyəcək. Avrokuboklara vəsiqə qazanmaq üçün çalışan "qırmızı-qaralar" isə 3 xal sayəsində "Kəpəz" və AZAL-la görüşün nəticəsindən asılı olaraq "İnter"lə xallarını bərabərləşdirə bilər. Nəticədə hər üçün komanda 45 xalla 3, 4 və 5-ci pillələri bölüşəcək.

"İnter" və AZAL komandalarının görüşü isə hər iki komanda üçün əhəmiyyət daşıyır. Avrokuboklardan uzaqlaşdırılan "bankirlər" cari mövsümdə uğur qazanmağa çalışacaqsa, AZAL "Zirə" də daxil olmaqla bu iki komandanın Avropaya gedə bilməməsindən istifadə edərək beynəlxalq oyunlarda qüvvəsini sınamaq arzusundadır. "İnter" qalib gələrsə, 48 xalla 3-cü, AZAL qələbə sevinci yaşayarsa, 42 xalla hazırkı - 6-cı pillədə qalacaq. Komandalar 29 dəfə üz-üzə gəlib. "İnter" 11, "təyyarəçilər" isə 5 dəfə qələbəni bayram edib. 13 oyunda qalib müəyyənləşməyib. Üstəlik AZAL son 4 səfər matçında xal qazanmayıb.

Turun açılış oyununda "Qarabağ" "Azərsun Arena"da Gəncənin "Kəpəz" klubunu 4:0 hesabı ilə məğlub edib.

Premyer Liqa, XXIX tur

14:00. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. "Kapital Bank Arena"/

16:00. "İnter" – AZAL

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "İnter Arena"

Qeyd edək ki, turun son iki oyunu aprelin 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi