​Premyer Liqada mövsümün ilk turuna yekun vurulacaq

​Premyer Liqada mövsümün ilk turuna yekun vurulacaq Son turda "Qəbələ" və "Kəpəz" komandaları qarşılaşacaq
Futbol
8 Avqust , 2016 09:19
​Premyer Liqada mövsümün ilk turuna yekun vurulacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümünün ilk turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyununda "Qəbələ" və "Kəpəz" komandaları üz-üzə gələcək.

Qarşılaşma "Dalğa Arena"da keçiriləcək. Ötən mövsüm mükafatçılar sırasına düşən "qırmızı-qaralar" bu dəfə daha iddialı çıxış etmək niyyətindədir. "Kəpəz" isə ən azından son mövsümdəki kimi avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar bugünədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Hərəyə 4 dəfə qələbə qazanan tərəflər meydanı eyni sayda sülhlə tərk ediblər.

8 avqust (bazar ertəsi)

19:00. "Qəbələ" – "Kəpəz"

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim inspektor: Xaqani Məmmədov

Bakı. "Dalğa Arena"

Qeyd edək ki, turun digər qarşılaşmalarında "Neftçi" AZAL-ı 2:0, "Sumqayıt" "Zirə"ni 1:0, "İnter" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi