Yuxarı
    Bağlamaq

    Premyer Liqada IV tura yekun vurulub - VİDEO

    Kəpəz və İnter qələbə qazanıb

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

    "Report"un məlumatına görə, turun mərkəzi görüşündə "Kəpəz" və "Zirə" klubları üz-üzə gəlib.

    Görüş Şahin Diniyevin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda 8-ci dəqiqədə Julien Ebah, 78-ci dəqiqədə isə Şəhriyar Rəhimov fərqlənib. Bu həm də "Kəpəz"in cari çempionatda ilk qələbəsi olub.

    Turun son qarşılaşması Sumqayıtda baş tutub. Yerli "Sumqayıt"ın qonağı olan "İnter" sonda qələbə qazanan tərəf olub. Oyunda hesabı qonaqlar açıb: 2-ci dəqiqədə Denis Silva adını tabloya yazdırıb. 61-ci dəqiqədə hesab artıb – 0:2. Bu dəfə Ağabala Ramazanov fərqlənib. Meydan sahibləri 90+1-ci dəqiqədə Vaqif Cavadovun ifasında təsəlli qolunu vura biliblər.

    Dörd turdan sonra turnir cədvəlinə "Qarabağ" başçılıq edir. Ağdamlılar 4 oyuna 9 xal toplayıblar. İkinci yerdə 8 xal ilə "İnter", üçdə isə 7 xal qazanan "Qəbələ" qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi