​Premyer Liqada ilin ilk oyununda qalib müəyyənləşməyib

​Premyer Liqada ilin ilk oyununda qalib müəyyənləşməyib "İnter" "Sumqayıt"ı məğlub edə bilməyib
Futbol
30 Yanvar , 2015 17:59
​Premyer Liqada ilin ilk oyununda qalib müəyyənləşməyib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının XIX turuna start verilib. "Report"un məlumatına görə, 2015-ci ilin ilk çempionat oyununda Bakının "İnter" komandası "Sumqayıt"la qarşılaşıb.

"İnter Arena"da keçirilmiş matçda hesab açılmayıb - 0:0. Oyunun 78-ci dəqiqəsində "İnter"in müdafiəçisi Yohan Bokonyano penaltidən yararlana bilməyib.

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək növbəti oyunda Bakının AZAL və "Neftçi" komandaları qaşrılaşacaq. Fevralın 1-də isə "Bakı" "Qəbələ"ni qəbul edəcək. Tura həmin gün keçiriləcək "Simurq" (Zaqatala) - "Xəzər Lənkəran" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi