İngiltərə ​Premyer Liqasında ilin ən yaxşıları seçilib

İngiltərə ​Premyer Liqasında ilin ən yaxşıları seçilib Ən yaxşı futbolçu, gənc futbolçu və simvolik komanda müəyyənləşib
Futbol
25 Aprel , 2016 17:00
İngiltərə ​Premyer Liqasında ilin ən yaxşıları seçilib

Bakı. 25 aprel. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında ilin ən yaxşıları seçilib. "Report"un məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən təsis olunan "ilin ən yaxşı futbolçusu" adına hazırda turnir cədvəlinə başçılıq edən "Lester" klubunun futbolçusu Riyad Mahrez layiq görülüb.

25 yaşlı əlcəzairli yarımmüdafiəçi cari mövsüm 2795 dəqiqə meydanda olub. O, 17 dəfə rəqib qapısına yol tapıb və 11 qol ötürməsi edib. Mahrez bu mükafatı alan ilk afrikalı futbolçudur. "Tottenhem"in 20 yaşlı yarımmüdafiəçisi Dele Alli isə ilin ən yaxşı gənc futbolçusu adına sahib çıxıb.

Bundan başqa, PFA ilin simvolik komandasını da açıqlayıb. Komandada "Lester" və "Tottenhem"in hərəyə 4, "Mançester Yunayted", "Arsenal" və "Vest Hem"in 1 futbolçusu yer alıb:

Qapıçı: David De Xea ("Mançester Yunayted")

Müdafiəçilər: Ektor Belyerin ("Arsenal"), Ues Morqan ("Lester"), Tobi Alderveyreld ("Tottenhem"), Denni Rouz ("Tottenhem")

Yarımmüdafiəçilər: Riyad Mahrez ("Lester"), Dele Alli ("Tottenhem") NQolo Kanti ("Lester"), Dmitri Paye ("Vest Hem")

Hücumçular: Ceymi Vardi ("Lester"), Harri Keyn ("Tottenhem")

Qeyd edək ki, 35 turdan sonra İngiltərə Premyer Liqasında "Lester" 76 xalla birinci pillədədir. Komandanın ən yaxın izləyicisi "Tottenhem" 68 xalla ikincidir.

Son xəbərlər

Orphus sistemi