Bakı. 18 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək oyunların təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Neftçi" oyununu Əliyar Ağayev idarə edəcək.
Azərbaycan Premyer Liqası, III tur
19 avqust
19:00. "Zirə" – AZAL
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. Zirə İdman Kompleksinin stadionu
21:00. "İnter" – "Kəpəz"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena"
21 avqust
20:00. "Qarabağ" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Əlincə Arena"
Qeyd edək ki, avqustun 21-də keçirilməsi nəzərdə tutulan "Qəbələ" - "Sumqayıt" matçı "qırmızı-qaralar"ın Avropa Liqasındakı oyununa görə təxirə salınıb.