Premyer Liqada daha bir oyun keçirilib

Premyer Liqada daha bir oyun keçirilib Turun ikinci oyununda AZAL "Sumqayıt"ı qəbul edib
Futbol
27 Noyabr , 2016 18:17
Premyer Liqada daha bir oyun keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, turun ikinci oyununda AZAL "Sumqayıt"ı qəbul edib.

İlk hissə qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın heyətində Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Koronado isə həm kobudluğa, həm də etiraza görə cəzalandırılıb. Futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi