Premyer Liqa: "Zirə" "Xəzər Lənkəran"ı məğlub edib

Premyer Liqa: "Zirə" "Xəzər Lənkəran"ı məğlub edib Oyunda qapılara bir qol vurulub
Futbol
17 Aprel , 2016 17:53
Premyer Liqa: Zirə Xəzər Lənkəranı məğlub edib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində "Zirə" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib.

"Report"un məlumatına görə, oyunun ilk hissəsi heç-heçə başa çatıb.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. Matçın 63-cü dəqiqəsində Nelson Bonilya komandasını hesabda önə çıxarıb - 1:0. Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən salvadorlu hücumçu qol sayını 14-ə çatdırıb. Qalan vaxta oyunda qol vurulmayıb və "Zirə" aktivinə 3 xal əlavə edərək 59 xalla turnir cədvəlindəki ikincilik mövqeyini qoruyub.

"Xəzər Lənkəran" isə 30 oyundan sonra 14 xalla 9-cudur.

Qeyd edək ki, turun son oyununda AZAL "Sumqayıt"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi