​Premyer Liqa: "Zirə" evdə "Sumqayıt"a məğlub olub

​Premyer Liqa: "Zirə" evdə "Sumqayıt"a məğlub olub Qonaqlar 1:0 hesablı qələbə qazanıblar
Futbol
7 Avqust , 2016 01:17
​Premyer Liqa: Zirə evdə Sumqayıta məğlub olub

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.

"Report"un məlumatına görə, günün ikinci oyununda "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb. Qonaqların futbolçusu Vaqif Cavadov fərqlənib – 0:1. Oyun elə bu hesabla da başa çatıb.

Azərbaycan Premyer Liqası, I tur

"Zirə" – "Sumqayıt" – 0:1

Qol: Vaqif Cavadov, 75 [0-1]

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Bakı. Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər iki oyunu 7-8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi