Premyer Liqa: Yeddi klubun futbolçusu həftənin komandasına seçilib

Premyer Liqa: Yeddi klubun futbolçusu həftənin komandasına seçilib Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası bəlli olub.
Futbol
31 Oktyabr , 2019 12:31
Premyer Liqa: Yeddi klubun futbolçusu həftənin komandasına seçilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 4,  "Neftçi"dən 2, "Sumqayıt", "Zirə", "Keşlə", "Qəbələ" və "Sabah"dan isə bir oyunçu düşüb. Heyətə yalnız "Səbail"dən oyunçu daxil edilməyib. 

Həftənin futbolçusu isə "Neftçi"dən Baqali Dabo seçilib. 

Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”) - 3

Müdafiəçilər: Ailton Silva - 282 (“Qarabağ”) - 3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov - 268 (“Qarabağ”) - 2, Abbas Hüseynov - 251 (“Qarabağ”) - 7

Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”) - 4, Qara Qarayev - 319 (“Qarabağ”) - 3, Sezar Meza Kolli - 300 (“Keşlə”) - 2, Davit Volkov – 265 (“Qəbələ”)

Hücumçular: Baqali Dabo - 320 (“Neftçi”) - 2, Amadu Diallo - 318 (“Sabah”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.


Son xəbərlər

Orphus sistemi