Yuxarı
    Bağlamaq

    Premyer Liqa: "Sumqayıt" "Zirə" ilə heç-heçə oynayıb - VİDEO

    Açılış matçı Sumqayıtda baş tutub

    Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

    "Report"un məlumatına görə, açılış matçı Sumqayıtda baş tutub.

    Şəhərin eyni adlı təmsilçisi "Zirə”ni qəbul edib.

    Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb görüş 1:1 hesabı ilə başa çatıb.

    Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Zirə" 33 xalla 4-cü, "Sumqayıt" 32 xalla 5-cidir.

    Günün növbəti oyunu "Neftçi" və AZAL arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start götürəcək.

    Qeyd edək ki, XXVI tura aprelin 16-da keçiriləcək "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

    Azərbaycan Premyer Liqası, XXVI tur

    15 aprel (şənbə)

    "Sumqayıt” – "Zirə” 1:1

    Qollar: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+3-p.

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov

    AFFA nümayəndəsi: Vaqif Davudov

    Hakim inspektor: Məlik Həsənov

    "Kapital Bank Arena”

    İlk üç dövrə - 1:0, 1:0, 0:1

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi