Premyer Liqa: "Səbail" "Sabah"ı məğlub edə bilməyib

Premyer Liqa: "Səbail" "Sabah"ı məğlub edə bilməyib Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Futbol
22 Sentyabr , 2018 21:48
Premyer Liqa: Səbail Sabahı məğlub edə bilməyib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Report" xəbər verir ki, açılış oyununda son iki mövsümün debütantları "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib.

"Bayıl Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra xallarını 10-a çatdıran "Sabah" "Neftçi"nin liderliyinə şərik çıxıb. Xallarını 5-ə çatdıran "Səbail" isə 4-cü pilləyə yüksəlib.

Tura sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi