Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Bakcell Arena"da "Keşlə" "Səbail"i qəbul edib.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. "Səbail"in hər iki qolunu Mirabdulla Abbasov vurub. "Keşlə"dən isə Lorenzo Frutos fərqlənib.