Bakı. 22 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir görüşü keçirilib.
"Report"un məlumatına görə, "Səbail" "Bayıl Arena"da "Kəpəz"i qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı qonaqlar açıb. Dario Frederiko 19-cu dəqiqədə Gəncə təmsilçisini önə çıxarıb. Lakin bundan 5 dəqiqə sonra "Səbail"in legioneri Faruk Miya bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "Səbail" 20 xalla 7-ci, "Kəpəz" 13 xalla 8-ci pillədə qalıb.
Turun ilk matçında "Keşlə" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" matçları saat 19:00-da başlanıb.