Premyer Liqa: "Sabah" "Sumqayıt"a uduzub

Premyer Liqa: "Sabah" "Sumqayıt"a uduzub Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Futbol
10 Noyabr , 2019 18:52
Premyer Liqa: Sabah Sumqayıta uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Sumqayıt"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. 

Qarşılaşmanın 32-ci dəqiqəsində Ulise Diallo fərqlənib. Oyunun 56-cı dəqiqəsində Peyman Babayi cavab qolunu vurub. Bundan 20 dəqiqə sonra isə Mehdi Şərifi "Sumqayıt"ı önə çıxarıb. Matçda son nöqtəni isə 90+5-ci dəqiqədə Əmir Ağayev qoyub - 3:1.

Bu qələbədən sonra xalını 14-ə çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Sabah" isə 10 xalla 6-cı yerdə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Səbail"i 3:0, "Keşlə" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. 

Tura saat 19:00-da başlayacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi