Premyer Liqa: "Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub olub

Premyer Liqa: "Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub olub Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Futbol
28 Sentyabr , 2019 18:56
Premyer Liqa: Qəbələ Neftçiyə böyük hesabla məğlub olub

Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.

İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıb. 60-cı dəqiqədə Tural Axundov hesabı açıb. 72-ci dəqiqədə Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz keçmiş komandasını məyus edib.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xala malik "Qəbələ" isə 7-cidir.

Azərbaycan Premyer Liqası VI tur

“Qəbələ” – “Neftçi” - 0:3

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi