​Premyer Liqa: “Qarabağ” “Zirə”ni darmadağın edib

​Premyer Liqa: “Qarabağ” “Zirə”ni darmadağın edib Ağdam klubu rəqibin qapısından 4 top keçirib
Futbol
17 Oktyabr , 2015 21:08
​Premyer Liqa: “Qarabağ” “Zirə”ni darmadağın edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun növbəti oyunları keçirilib.

“Report” xəbər verir ki, turun mərkəzi görüşü Bakıda “Neftçi” klubu ilə “Qəbələ” arasında baş tutub.

Gərgin keçən qarşılaşma qonaqların 1:0-lıq qələbəsi ilə başa çatıb.

Digər qarşılaşma “Qarabağ” və “Zirə” arasında keçirilib. Görüşdə qapılara 5 top vurulub. Yekunda Ağdam komandası bakılıları məğlub edib.

Premyer Liqa. 8-ci tur.

“Qarabağ”- “Zirə” - 4-1

Qollar: Samuel Armenteros, 5, 16 (2:0), Riçard Almeyda, 26 (3:0), İqor İvanoviç, 34 (3:1), Riçard Almeyda, 83 (4:1p.) .

“Neftçi” – “Qəbələ” - 0-1

Qol: Aleksey Antonov, 90 (0:1).

Son xəbərlər

Orphus sistemi