Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib Ağdam klubu liderliyə yüksəlib
Futbol
22 Sentyabr , 2017 21:52
Premyer Liqa: Qarabağ Sumqayıtı darmadağın edib
Foto: pfl.az

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VI tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Hərçənd, oyunun ilk yarısını "Sumqayıt" 7-ci dəqiqədə Bəxtiyar Həsənalızadənin qolu ilə üstün tamamlayıb. Lakin fasilədən sonra "Qarabağ" qollarını sıralamağa başlayıb. 56-cı dəqiqədə Pedro Enrike, 61-ci dəqiqədə penaltidən Riçard Almeyda fərqlənib. 64 və 72-ci dəqiqələrdə isə Mahir Mədətov gözəl qollarla "dubl" edib. Beləliklə, "Qarabağ" ardıcıl 5-ci qələbəsini qazanaraq, 15 xalla liderliyə yüksəlib. Üstəlik, Ağdam komandasının ehtiyatda "Səbail"lə bir oyunu da var. 7 xala malik "Sumqayıt" isə 5-cidir.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək.

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr

19:00. "Qarabağ”-"Sumqayıt” - 4:1

Qollar: Pedro Enrike, 56. Riçard Almeyda, 61-penalti ilə. Mahir Mədətov, 64; 72 - Bəxtiyar Həsənalızadə, 7

Qırmızı vərəqə: Miçel, 87

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Son xəbərlər

Orphus sistemi