Yuxarı

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni qəbul edəcək

Bakı. 6 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, çempion "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək.

Saat 19:00-da başlanacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Hazırda "Qarabağ"ın 62, "Neftçi"nin 37 xalı xalı var. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan flaqman üçün məğlubiyyət ağır nəticələr verə bilər. Bu səbəbdən Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanmağa çalışacaq. Lakin bu, çox çətin görünür.

"Neftçi" son 9 matçda "Qarabağ" üzərində qələbə qazana bilməyib. Ağdam komandası isə 6 oyundur evdə meydanı qolsuz tərk etmir. İki komanda indiyədək 71 dəfə üz-üzə gəlib. Bunlardan 27-də "Qarabağ", 18-də "Neftçi" qalib gəlib, 26 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də ağdamlıların xeyrinədir - 76:63.

Qeyd edək ki, turun ilk 3 qarşılaşmasında "Kəpəz" "Sumqayıt"la, "Qəbələ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Səbail" isə evdə "Zirə"yə uduzub - 0:1.

Azərbaycan Premyer Liqası, XXVI tur

6 may (bazar)

19:00. "Qarabağ” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi