Premyer Liqa matçında Sumqayıtın ən çox bal toplayan abituriyentləri təltif olunublar

Premyer Liqa matçında Sumqayıtın ən çox bal toplayan abituriyentləri təltif olunublar Sumqayıt Futbol Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının II turunda Səbail ilə ev oyunu zamanı təqdirəlayiq addım atıb.
Futbol
24 Avqust , 2019 19:20
Premyer Liqa matçında Sumqayıtın ən çox bal toplayan abituriyentləri təltif olunublar

"Sumqayıt" Futbol Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının II turunda "Səbail" ilə ev oyunu zamanı təqdirəlayiq addım atıb.

"Report" xəbər verir, start fitindən əvvəl bu il Sumqayıtın ən yüksək bal toplayan abituriyentləri Məhəmməd Ağamalıyev (694 bal) və Əli Ağamalıyev (676 bal) meydana dəvət olunublar.

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə vitse-prezident Vaqif Ömərov onlarla klubun xüsusi hədiyyəsini təqdim ediblər.

Qeyd edək ki, hər iki abituriyent Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olublar.

Son xəbərlər

Orphus sistemi