​Azərbaycan Premyer Liqası klublarına kəsilən cərimələrin azaldılması üçün məsələ qaldırılacaq

​Azərbaycan Premyer Liqası klublarına kəsilən cərimələrin azaldılması üçün məsələ qaldırılacaq Bu barədə "Sumqayıt" klubu Məşqçilər Komitəsindən xahiş edib
Futbol
4 Mart , 2016 16:07
​Azərbaycan Premyer Liqası klublarına kəsilən cərimələrin azaldılması üçün məsələ qaldırılacaq

Bakı. 4 mart. REPORT.AZ/ Martın 11-də AFFA-nın Hesabat Seçki Konfransında seçiləcək İcraiyyə Komitəsində yeni məsələ müzakirə olunacaq. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Report"a açıqlamasında bunun Azərbaycan Premyer Liqasında çıxış edən klublara verilən cəzaların məbləği ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, təklif "Sumqayıt" klubu tərəfindən irəli sürülüb: "Bu gün "Sumqayıt" klubu ilə görüşümüz oldu. Görüş zamanı bir çox məsələlərdən danışdıq. Xahiş olundu ki, İcraiyyə Komitəsi qarşısında klublara verilən yüksək məbləğli cəzaların azaldılması ilə bağlı məsələ qaldıraq. Klublar Komitəsinin iclasında legioner rüsumu ilə bağlı qərar qəbul olunub. Fikrimcə, bu məsələ haqda da hansısa nəticəyə gəlmək olar".

V.Sadıqov açıqlamasında yalnız "Sumqayıt"la deyil, digər klublarla da Azərbaycan futbolunun inkişafı istiqamətində müzakirələr apardıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi