Premyer Liqa: "Keşlə" "Sumqayıt"ı məğlub edib"

Premyer Liqa: "Keşlə" "Sumqayıt"ı məğlub edib" Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Futbol
30 Noyabr , 2019 18:58
Premyer Liqa: Keşlə Sumqayıtı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 16-cı dəqiqədə açılıb. "Keşlə"nin müdafiəçisi Miyusko Boyoviç topu rəqib qapısından keçirib. Monteneqrolu oyunçu hissənin sonlarında zədələndiyi üçün əvəzlənib. 54-cü dəqiqədə "Keşlə"nin bombardiri Lorenzo Frutos fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Əmir Ağayev hesab arasındakı fərqi azalda bilib.

Bu nəticədən sonra "Keşlə" 22-ci xalını qazanıb və bir günlük də olsa ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 17 xalla 4-cü pillədə qalıb.

Çempionatda 6-cı qoluna imza atan Lorenzo Frutos bombardirlik siyahısında vahid lider olub.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni 3:0 hesabı ilə üstələyib. XIII turun digər qarşılaşması sabah baş tutacaq. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi