Yuxarı

Premyer Liqa: "Keşlə" - "Sabah" oyununda qalib müəyyənləşməyib

​Premyer Liqa: "Keşlə" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, həftənin ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib. 

"ASCO Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub. 90+2-ci dəqiqədə isə Hendrik Ekşteyn qonaqları məğlubiyyətdən xilas edib.

Bu heç-heçədən sonra xalını 12-yə çatdıran "Keşlə" 2-ci sırada qalıb. "Sabah" isə 6 xalla "Qəbələ" ilə son iki pilləni bölüşür.

Qeyd edək ki, həftənin açılış matçında "Qəbələ" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi