Azərbaycan Premyer Liqası: Həftənin komandası və futbolçusu bəlli olub

Azərbaycan Premyer Liqası: Həftənin komandası və futbolçusu bəlli olub Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun rəmzi komandası bəlli olub.
Futbol
9 Oktyabr , 2019 12:03
Azərbaycan Premyer Liqası: Həftənin komandası və futbolçusu bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 4, "Keşlə", "Zirə" və "Qəbələ"dən hərəyə 2, "Neftçi"dən isə 1 oyunçu daxil edilib. 

Turun futbolçusu isə "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov olub. 

Qapıçı: Stanislav Namaşko - 287 (“Keşlə”)

Müdafiəçilər: Faysal Rerras - 265 (“Qarabağ”) - 2, Anastasios Papazoqlu – 281 (“Zirə”), Miyusko Boyoviç - 267 (“Keşlə”) - 2, Abbas Hüseynov - 319 (“Qarabağ”) - 6

Yarımmüdafiəçilər: Stiven Monroz – 304 (“Neftçi”) - 2, Merab Giqauri - 296 (“Qəbələ”) - 2, Şafik Tiqruca - 255 (“Zirə”) - 2, Dani Kintana – 246 (“Qarabağ”) - 2

Hücumçular: Maqaye Qeye - 299 (“Qarabağ”) - 3, Klesio Bauk - 228 (“Qəbələ”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Son xəbərlər

Orphus sistemi